Xəzər Xəbər

Əfqanıstanda silahlı hücum edilib, ölənlər var

Dünya | 13:06 • 12 İyun 2021
Əfqanıstanda silahlı hücum edilib, ölənlər var

Ötən gün axşam saatlarında Əfqanıstanın paytaxtı Kabil yaxınlığında, Pağman dairəsində toydan qayıdan bir qrupa naməlum şəxslər tərəfindən atəş açılması nəticəsində azı 5 nəfər ölüb.

Ölənlərin eyni ailənin üzvləri olduğu bildirilir.

Bu hücumda "Taliban" hərəkatı günahlandırılsa da, onlar tərəfindən hələlik hər hansı şərh verilməyib.

Öldürülənlər arasında mücahidlərin keçmiş komandiri Qazi Öryakil və qohumlarının da olduğu vurğulanıb./report

Xəbər lenti