Xəzər Xəbər

İrana qarşı bəzi sanksiyalar ləğv edilib

Dünya | 15:10 • 11 İyun 2021
İrana qarşı bəzi sanksiyalar ləğv edilib

İranın 3 rəsmi şəxsinə və neft sahəsində fəaliyyət göstərən 2 şirkətinə qarşı ABŞ tərəfindən tətbiq olunan sanksiyalar aradan qaldırılıb.

Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Bu şəxslər və şirkətlər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə ittiham edilirdilər. Lakin sonradan müəyyən edilib ki, həm rəsmi şəxslər, həm də şirkətlər sanksiyalara görə davranışlarını dəyişiblər. Onlar SEPAH ilə əlaqələrini minimum səviyyəyə endiriblər.

ABŞ-ın dövlət katibi Entoni Blinken isə bəyan edib ki, bəzi sanksiyaların ləğvi rəsmi Vaşinqtonun nüvə razılaşmasına qayıtmaq iradəsini göstərir.

İran rəsmiləri hələ ki, bu məsələyə münasibət bildirməyiblər. (AZƏRTAC)

Xəbər lenti