Xəzər Xəbər

ABŞ İran və Çinə qarşı bəzi sanksiyaları ləğv etdi

Dünya | 09:15 • 11 İyun 2021
ABŞ İran və Çinə qarşı bəzi sanksiyaları ləğv etdi

ABŞ İranın üç nəfər keçmiş hökumət üzvü və ölkə neftinin ticarətinə cəlb edilmiş iki Çin şirkəti barədə tətbiq etdiyi sanksiyaları aradan qaldırıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, sanksiyalar tətbiq olunan şəxslərin, eləcə də şirkətlərin davranış və statuslarındakı dəyişiklik səbəbindən aradan qaldırılıb.

“Reuters”in məlumatına görə, ABŞ hökumətindən bildirilib ki, bu qərarın İran nüvə proqramı ilə bağlı aparılan danışıqlarla heç bir əlaqəsi yoxdur./publika.az

Xəbər lenti