Xəzər Xəbər

ABŞ işğaldan azad edilmiş ərazilərin minalardan təmizləməsində iştirakda maraqlıdır

Dünya | 17:35 • 10 İyun 2021
ABŞ işğaldan azad edilmiş ərazilərin minalardan təmizləməsində iştirakda maraqlıdır

ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında, xüsusilə minalardan təmizləmə fəaliyyətində iştirakda maraqlıdır.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü zamanı deyib. 

O həmçinin regionda dayanıqlı sülhün bərqərar olmasının, regional inkişafın önəmini vurğulayıb.

Görüşdə ABŞ-la iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın, iqtisadi-ticarət, investisiya əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Xəbər lenti