Xəzər Xəbər

Ter-Petrosyan: Ermənistanla Azərbaycan arasında sovet sərhədləri tanınmalıdır

Ermənistanla Azərbaycan arasında SSRİ dövründə mövcud olmuş sərhəd bərpa olunmalıdır
Dünya | 16:31 • 10 İyun 2021
Ter-Petrosyan: Ermənistanla Azərbaycan arasında sovet sərhədləri tanınmalıdır

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, Ermənistanla Azərbaycan arasında SSRİ dövründə mövcud olmuş sərhəd bərpa olunmalıdır.

Hazırda “Erməni Milli Konqresi” Partiyasına rəhbərlik edən eks-prezident bu gün keçirdiyi mətbuat konfransında bunun alternativinin olmadığını bildirib. 

“Məsələ Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımayacağı deyil. Beynəlxalq ictimaiyyət BMT-nin timsalında keçmiş SSRİ respublikalarının müstəqilliyini tanıyıb. Burada heç nəyi dəyişmək olmaz. Ermənistanla Azərbaycan arasında sərhəd - sovet sərhədidir”, - deyə o qeyd edib.

Ter-Petrosyan əlavə edib ki, dəqiq müqavilə imzalanmaya qədər sərhəddə insidentlər davam edəcək.

Xəbər lenti