Bakı 22 ℃
Xəzər Xəbər
USD 1.7

ABŞ-da kimyəvi maddələr daşıyan qatar relsdən çıxaraq aşıb

Dünya | 132 | 08:47 • 17 May 2021
ABŞ-da kimyəvi maddələr daşıyan qatar relsdən çıxaraq aşıb

ABŞ-ın Ayova ştatının Sibley şəhəri yaxınlığında yanar maddələr daşıyan yük qatarı körpünün çökməsi nəticəsində relsdən çıxıb.

Yerli media xəbər verir ki, qəzadan qısa müddət sonra yanğın başlayıb.
Hadisə yerinə bir neçə yanğınsöndürənlər və kimyəvi maddələr üzrə mütəxəssislər cəlb edilib.
Qatarda kənd təsərrüfatı məqsədləri ilə yanaşı, partlayıcı maddələrin hazırlanmasında istifadə olunan gübrələr və ammonium nitrat maddələri də olub.
Hadisənin baş verdiyi ərazidə 8 km radiusda insanlar evakuasiya edilib.
Hələlik mümkün qurbanlarla bağlı məlumat verilməyib.

Xəbər lenti

Çox oxunanlar