Xəzər Xəbər

Dünyada ötən sutka koronavirusa 660 minə yaxın yoluxma qeydə alınıb

Dünya | 08:24 • 17 May 2021
Dünyada ötən sutka koronavirusa 660 minə yaxın yoluxma qeydə alınıb

Dünyada ötən sutka koronavirusa 658 mindən çox yoluxma qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 658 585 nəfər yeni koronavirusa yoluxub, 12 034 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 162 177 376, ölənlərin isə 3 364 178 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 32 574 504 nəfər. Siyahıda daha sonra Hindistan (24 684 077), Braziliya (15 519 525), Fransa (5 769 839), Türkiyə (5 106 862), Rusiya (4 940 245), Böyük Britaniya (4 448 855), İtaliya (4 153 374), İspaniya (3 598 452), Almaniya (3 593 434), Argentina (3 269 466) və Kolumbiya (3 084 460) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər lenti