Xəzər Xəbər

Ermənistanın sabiq prezidenti müharibədəki məğlubiyyətin səbəblərini açıqladı

Dünya | 17:29 • 16 May 2021
Ermənistanın sabiq prezidenti müharibədəki məğlubiyyətin səbəblərini açıqladı

Ermənistan 23 il ərzində yürütdüyü avantürist və məsuliyyətsiz siyasətlə Qarabağ müharibəsində məğlubiyyətinə yol açıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, Ermənistanın məğlubiyyətinin əsası 1998-ci ildə status-kvonun qorunub saxlanacağı ilə bağlı inamın yaranması ilə qoyulub.

"Məğlubiyyətin tamamlanmasını isə Nikol Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" deməsi ilə elan edib".

Qeyd edək ki, Levon Ter-Petrosyan 1998-ci ildə istefa verib.

Xəbər lenti