Bakı 31 ℃
Xəzər Xəbər
USD 1.7

İranda 592 nəfər prezidentliyə namizədliyini irəli sürüb

Dünya | 106 | 14:45 • 16 May 2021
İranda 592 nəfər prezidentliyə namizədliyini irəli sürüb

İyunun 18-də İranda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək üçün 592 nəfər qeydiyyatdan keçib.

İranın Mərkəzi Seçki Qərargahının rəhbəri Camal Əraf namizədlərin qeydiyyata alınması prosesinin mayın 11-dən 15-dək davam etdiyini bildirib.

Prezident seçkiləri haqqında Qanuna edilən əlavə və diyişikliklərə əsasən, prezident seçilmək üçün mübarizəyə qoşulanların yaşı 40-dan aşağı və 75-dən yuxarı olmamalı, idarəçilik təcrübəsi və elmi dərəcəsi olmalıdır. Məsuliyyətə cəlb olunmuş şəxslər namizədliklərini irəli sürə bilməzlər.

İran qanunlarına əsasən, qeydiyyata alınan namizədlərin seçki prosesinə qatılması Konstitusiyanı Mühafizə Şurasından asılıdır. Belə ki, namizədlər adıçəkilən Şura tərəfindən 10 gün müddətində nəzərdən keçiriləcəklər. Ehtimal edilir ki, bir çox namizədlər seçki prosesinə buraxılmayacaq.

Namizədlər arasında İranın ictimai-siyasi həyatında böyük nüfuza malik olanlar da var. Onların arasında sabiq prezident Mahmud Əhmədinejad, İranın birinci vitse-prezidenti İshaq Cahangiri, parlamentin sabiq sədri Əli Laricani, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi və başqalarının adlarını çəkmək olar.

Xəbər lenti

Ərdoğan Milli Məclisə gəlib
20 | 15:12 • 16 İyun 2021

Çox oxunanlar