Xəzər Xəbər

İranın xarici işlər naziri Vyanaya səfərdən imtina edib

Dünya | 15:18 • 15 May 2021
İranın xarici işlər naziri Vyanaya səfərdən imtina edib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 15-də Vyanaya planlaşdırılan səfərdən imtina edib.

Vyanada iranlı nazirin avstriyalı həmkarı Aleksander Şallenberq ilə görüşü nəzərdə tutulurdu.

Avstriya mətbuatının yaydığı məlumata görə, səfərdən imtinaya səbəb Yaxın Şərqdə yaranmış gərginlik fonunda Avstriya Federal Kansler Aparatı üzərində həmrəylik əlaməti olaraq İsrail bayrağının dalğalanması olub.

XİN sözçüsü Klaudia Türçer APA agentliyinə verdiyi açıqlamada səfərdən imtina xəbərini təəssüflə qarşıladıqlarını bildirib. O qeyd edib ki, bu səfərdən imtina Avstriyanın İranla olan ənənəvi yaxşı münasibətlərinə və iki ölkə arasındakı dialoqa xələl gətirməyəcəkdir. Eyni zamanda, Vyanada İranın nüvə proqramına dair sazişin xilası üçün aparılan danışıqlar davam etdiriləcəkdir. Nüvə danışıqlarının indiki qaynar mərhələsində M.Zəriflə görüşün keçirilməsi alqışalayiq hal olardı.

Xəbər lenti