Xəzər Xəbər

Dünyada koronavirusdan daha 13 min 43 nəfər dünyasını dəyişib

Dünya | 09:31 • 15 May 2021
Dünyada koronavirusdan daha 13 min 43 nəfər dünyasını dəyişib

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 717 mindən çox artıb.

Xezerxeber.az Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, ötən sutka ərzində 717 min 513 nəfər yeni koronavirusa yoluxub, 13 min 43 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 160 milyon 813 min 869, ölənlər isə 3 milyon 339 min 2 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (33,6 milyon), Hindistan (24,3 milyon), Braziliya (15,4 milyon), Fransa (5,8 milyon), Türkiyə (5 milyon) və Rusiyada (4,9 milyon) qeydə alınıb.

 

Xəbər lenti