Xəzər Xəbər

Gürcüstanda son sutka ərzində 1 390 nəfər koronavirusa yoluxub

Dünya | 12:57 • 14 May 2021
Gürcüstanda son sutka ərzində 1 390 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 390 yoluxma faktı qeydə alınıb, 18 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 327 831, ölənlərin sayı isə 4 397 nəfərə çatıb. Virusa yoluxanlardan 307 332 nəfərin sağaldığı bildirilir.

Xəbər lenti