Xəzər Xəbər

Psaki Putin və Bayden arasında mümkün görüş barədə əlavə məlumat verməkdən imtina edib

Dünya | 09:44 • 14 May 2021
Psaki Putin və Bayden arasında mümkün görüş barədə əlavə məlumat verməkdən imtina edib

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında mümkün görüşün mövzusunun müzakirəsi davam edir, bu barədə hələ əlavə detallar yoxdur”.

TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki müntəzəm keçirilən brifinqdə bildirilib.

Brifinq zamanı jurnalistlərdən biri sözügedən görüşün Baydenin Avropaya qarşıdakı səfəri çərçivəsində baş tutub-tutmayacağını soruşub.

Psaki bunu təsdiq edə biləcəyi əlavə detalların olmadığını dilə gətirib. Qısa olaraq bildirib ki, bununla bağlı müzakirələr davam edir.

Xəbər lenti