Xəzər Xəbər

Zərif Dəməşqdən ELAN ETDİ: İran Suriyada konsulluq açır

Dünya | 19:46 • 12 May 2021
Zərif Dəməşqdən ELAN ETDİ: İran Suriyada konsulluq açır

İran Hələbdə Baş Konsulluq açmağa hazırlaşır.

Bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif məlumat verib.

Zəirf bu gün Suriyanın Hələb şəhərində İranın Baş Konsulluğunu açacaqlarını qeyd edib.

İran dövlət televiziyasının məlumatına görə, M.C.Zərif Suriyanın paytaxtı Dəməşqə gedib və rejim lideri Bəşər Əsəd, Xarici İşlər naziri Feysəl Mikdad ilə görüşüb.

Mikdadla görüşdən sonra jurnalistlərə açıqlama verən Zərif ikitərəfli münasibətləri, bölgədəki inkişafı və İsrail-Fələstin qarşıdurmasını müzakirə etdiklərini söyləyib.

Əsədlə görüşü zamanı Zərif bu gün Hələbdə İran Baş Konsulluğunun açılmasına qərar verdiklərini də bildirib./publika.az

Xəbər lenti