Xəzər Xəbər

Qadına yanlışlıqla altı doza koronavirus vaksini vuruldu

Dünya | 12:18 • 12 May 2021
Qadına yanlışlıqla altı doza koronavirus vaksini vuruldu
İtaliyada qadına yanlışlıqla altı doza koronavirus peyvəndi vurulub.
 
Euronews.com məlumat verir ki, hadisə Toskana bölgəsində baş verib.
 
Bildirilir ki, "Pfizer-BioNTech” peyvəndi 23 yaşlı qadına vurulub.
 
Xəstəxananın sözçüsü Daniella Gianelli qadının 24 saat nəzarətdə saxlanıldığını deyib. Onun səhhətində hansısa bir dəyişiklik olmadığından evə buraxılıb.
 
Qeyd edilir ki, tibb işçisi peyvəndi 6 qramlıq şprisə doldurub və birdəfəyə qadına vurub, sonra isə gedib.
 
Faktla bağlı araşdırma başladılıb.
 
Həkimlər peyvənd edilən qadının immun sisteminin vəziyyətinə nəzarəti davam edəcəklər.

Xəbər lenti