Xəzər Xəbər

Koronavirus peyvəndindən sonra qadının bədəni bu hala qaldı

Dünya | 14:28 • 8 May 2021
Koronavirus peyvəndindən sonra qadının bədəni bu hala qaldı

Avstraliyanın 80 yaşlı sakini Morin DeBoyk Britaniya-İsveç şirkətininə məxsus "AstraZeneca" vaksinini vurdurduqdan sonra bədənində dəhşətli göyərmələr və ləkələr əmələ gəlib.

Bu barədə "Daily Mail" yazır.

Qadının qızının sözlərinə görə, ləkələr ilk öncə onun dilində əmələ gəlib, daha sonra bütün bədəninə yayılıb.

Bədəninə əl vurduğu yerin göyərdiyini görən qadın xəstəxanaya yerləşdirilib. Trombositləri kəskin düşən DeBoyka iki dəfə qan köçürülüb.

KoronavirusHəkimlər onun dalağının çıxarılmalı olacağını ehtimal edirlər.

Bütün bunlara səbəb "AstraZeneca" vaksininin olduğu güman edilir. Bu səbəbdən qadına ikinci doza vurulmayacaq.

Məsələ Qərbi Avstraliyanın Səhiyyə Departamenti tərəfindən araşdırılır.

Qeyd edək ki, daha öncə Almaniyada koronavirusa qarşı "AstraZeneca" vaksinini vurduran 32 yaşlı qadın ölüb. O, vaksin vuruldqdan bir neçə gün sonra, martın 9-da dünyasını dəyişib. Ölümünə səbəb vaksinin yan təsiri olub: qanında qan laxtalanması pozulub və beyninə qan sızıb.

Xəbər lenti