Xəzər Xəbər

Yaponiyada fövqəladə vəziyyət uzadıldı

Dünya | 13:17 • 8 May 2021
Yaponiyada fövqəladə vəziyyət uzadıldı

Yaponiyada koronavirus səbəbindən tətbiq olunan fövqəladə vəziyyət uzadılıb.

Bu barədə ölkənin Baş naziri Yoşihide Suqa açıqlama verib. Qeyd edib ki, yoluxma sayı kifayət qədər azalmadığı üçün belə bir qərar verilib.

Ölkənin 4 əsas əyaləti olan Tokio, Osaka, Kyoto və Hioqoda fövqəladə vəziyyət daha 20 gün uzadılaraq mayın 31-dək qüvvədə qalacaq.

Fövqəladə vəziyyətin çərşənbə günündən etibarən Ayti və Fukuoka əyalətlərinə də şamil ediləcəyi bildirilib./Qafqazinfo

Xəbər lenti