Xəzər Xəbər

Dünyada koronavirusa yoluxanların sayı 157 milyonu ötdü

Dünya | 11:03 • 8 May 2021
Dünyada koronavirusa yoluxanların sayı 157 milyonu ötdü

Dünyada COVID-19-a yoluxanların sayı 157 milyonu ötüb.

İndiyədək 3,2 milyon insan koronavirusdan ölüb, 135 milyon pasiyent isə sağalıb.

Hazırda ən ağır vəziyyət Hindistandadır. Bu ölkədə yoluxmanın və ölənlərin sayı sürətlə artır. Hindistanda son sutkada 401 078 nəfər yoluxub, 4 187 nəfər ölüb. Ölkə üzrə 238 270 nəfər pandemiyanın qurbanı olub.

Əhalisi 1 milyard 360 milyon olan ölkədə ümumi yoluxanların sayı 21 milyon 900 min nəfər yüksəlib./report

Xəbər lenti