Xəzər Xəbər

Günlük yoluxma sayı 839 mini ötdü

Dünya | 09:35 • 8 May 2021
Günlük yoluxma sayı 839 mini ötdü

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 839 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 839 695 nəfər yeni koronavirusa yoluxub, 14 289 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 155 665 214, ölənlərin isə 3 250 648 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər lenti