Xəzər Xəbər

Ərdoğan: Hazırlanan vaksini ehtiyacı olan bütün ölkələrlə paylaşmağa hazırıq

Dünya | 17:12 • 7 May 2021
Ərdoğan: Hazırlanan vaksini ehtiyacı olan bütün ölkələrlə paylaşmağa hazırıq

Bilik bütün bəşəriyyətin ortaq mülküdür, elmdə qısqanclıq olmaz. İnsanlığın sağlamlığı ilə əlaqədar hər bir mövzuda “Bunu biz istehsal etdik, heç kimə vermirik” kimi bir anlayış yanlış yanaşmadır. Ölkəmizdə vaksinlərin istehsalı ilə bağlı ciddi işlər görülür. Sentyabr, oktyabr aylarına istehsalına başlaya biləcəyimiz yerli peyvəndimiz var. Hazırlanan vaksini ehtiyacı olan bütün ölkələrlə paylaşmağa hazır olduğumuzu bildirmişik.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyənin xarici siyasətinə toxunan Prezident Ərdoğan deyib: “Xarici siyasətdə Türkiyə başqalarının göstərişi ilə hərəkət edən deyil, əksinə, ayaqda dik duran ölkədir”.

Xəbər lenti