Xəzər Xəbər

Koçaryan Paşinyandan 4 min dollar təzminat tələb edir

Dünya | 17:04 • 6 May 2021
Koçaryan Paşinyandan 4 min dollar təzminat tələb edir

İrəvanda məhkəmə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Nikol Paşinyana qarşı şikayətini qəbul edib.

Yerli medianın yazdığına görə, R.Koçaryan N.Paşinyanı böhtan və iftirada ittiham edib.

Qeyd olunur ki, iddia ərizəsi R.Koçaryanın vəkilləri tərəfindən aprel ayında təqdim edilib.

Sabiq prezident Nikol Paşinyandan 4 min dollar məbləğində təzminat tələb edir.

Xəbər lenti