Xəzər Xəbər

Gürcüstan Azərbaycan ilə iqtisadi əlaqələrin dərinləşdirilməsində maraqlıdır

Dünya | 16:34 • 6 May 2021
Gürcüstan Azərbaycan ilə iqtisadi əlaqələrin dərinləşdirilməsində maraqlıdır

Gürcüstan ilə Azərbaycan arasında iqtisadi əlaqələr və ticarət dövriyyəsinin genişləndirilməsi üçün geniş imkanlar var.

Bu sözləri Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə də ciddi mənfi təsir göstərib, müəyyən problemlər yaradıb. Lakin həm Gürcüstan, həm də Azərbaycan bu əməkdaşlığın dərinləşdirilməsi və ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlıdır. Bu istiqamətdə müəyyən işlər görülür.

D.Zalkaliani bildirib ki, iki ölkənin turizm sektorunda əməkdaşlıq üçün bir sıra imkanlar mövcuddur. Pandemiyadan öncə Azərbaycandan Gürcüstana gələn turistlərin sayı rekord səviyyədə olub.

“Biz bu səviyyəni saxlamaq və daha da artırmaq niyyətdindəyik”, – deyə D.Zalkaliani vurğulayıb.

Xəbər lenti