Xəzər Xəbər

BMT Baş Assambleyasının rəhbəri Ermənistanın 1915-ci il hadisələri ilə bağlı iddialarına cavab verdi

Dünya | 10:03 • 6 May 2021
BMT Baş Assambleyasının rəhbəri Ermənistanın 1915-ci il hadisələri ilə bağlı iddialarına cavab verdi

"Soyqırım" faktının mövcudluğu səlahiyyətli beynəlxalq məhkəmə orqanı tərəfindən müəyyənləşdirilməlidir.

"Anadolu"nun verdiyi məlumata görə, bu barədə BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Ermənistanın BMT-dəki Daimi Nümayəndəsinin "erməni soyqırımı" bağlı iclasın gündəliyinə qaldırdığı uydurmasına cavab olaraq bildirib. İslas Beynəlxalq Çoxtərəflilik və Sülh naminə Diplomatiya Gününə həsr olunub.

Diplomat soyqırımın 1948-ci ildə BMT-nin Soyqırım Cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasında xüsusi olaraq müəyyən edilmiş bir cinayət olduğunu xatırladıb.

O vurğulayıb ki, Konvensiyada soyqırımın nə olduğunu və bunun necə təyin olunduğunu açıq şəkildə qeyd olunub:

"Buna görə, soyqırım cinayəti səlahiyyətli məhkəmə orqanı tərəfindən müəyyən edilməlidir. Başqa sözlə, hadisəni soyqırım kimi qiymətləndirmək üçün səlahiyyətli beynəlxalq tribunal müvafiq qərar verməlidir./trend

Xəbər lenti