Xəzər Xəbər

Rusiyada son sutkada COVID-19-dan 337 nəfər öldü

Dünya | 14:37 • 4 May 2021
Rusiyada son sutkada COVID-19-dan 337 nəfər öldü

Rusiyada son sutka ərzində daha 7770 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 839 514 nəfərə çatıb.

Son sutka ərzində 337 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 111 535 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir./apa

Xəbər lenti