Xəzər Xəbər

Bu məhsulların marketlərdə satışı QADAĞAN EDİLDİ - Türkiyədə

Dünya | 13:27 • 4 May 2021
Bu məhsulların marketlərdə satışı QADAĞAN EDİLDİ - Türkiyədə
Türkiyədə bəzi məhsulların satışına qadağa qoyulub.
 
Bu barədə Türkiyə Daxili İşlər nazirliyi "Market tədbirləri” adlı sənədə düzəliş edib. Belə ki, 81 əyalətdə tətbiq olunacaq qərara əsasən, marketlərdə 7 maydan etibarən elektron mallar, oyuncaqlar, dəftərxana ləvazimatları, geyim ve aksesuarlar, ev əşyaları, avto aksesuarlar, bağ təchizatı, şüşə qablar və s. məhsulların satışına icazə verilməyəcək.
 
Bu qərarın tam qapanma zamanı marketlərdə sıxlıq yaranmaması üçün  qəbul edildiyi bildirilib. Məlumata görə, marketlərdə ancaq ərzaq məhsulları və təmizlik vasitələri ilə yanaşı, heyvan qidaları, kosmetik ləvazimatlar satıla biləcək./Sfera.az 

Xəbər lenti