Xəzər Xəbər

Bayden-Putin görüşündə nələr danışılacaq? - ABŞ-dan AÇIQLAMA

Dünya | 09:57 • 4 May 2021
Bayden-Putin görüşündə nələr danışılacaq? - ABŞ-dan AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ikitərəfli münasibətlərin normallaşmasını müzakirə etmək istəyir.

Bu barədə ABŞ Dövlət katibi Entonu Blinken bildirib. Blinken əlavə edib ki, Bayden ABŞ-ın hər zaman Rusiyanın aqressiv və ehtiyatsız davranışlarına cavab verəcəyini bildirib.

“Ancaq biz ikitərəfli münasibətləri gərginləşdirməyə çalışmırıq. Daha sabit, proqnozlaşdırıla bilən əlaqəyə üstünlük veririk. Rusiya bu istiqamətdə hərəkət edərsə, biz də edərik. Düşünürəm ki, Bayden Putinlə görüşündə bu məsələni birbaşa danışmaq fürsəti əldə edəcək”, - deyə Blinken qeyd edib.

Qeyd edək ki, aprelin ortalarında Bayden Putinə üçüncü ölkədə görüş təklifi edib. Məlumata görə, bu görüş iyunda baş tuta bilər.

Xəbər lenti