Xəzər Xəbər

İranın nüvə sazişi üzrə komissiya sabah işini bərpa edəcək

Dünya | 21:56 • 26 Aprel 2021
İranın nüvə sazişi üzrə komissiya sabah işini bərpa edəcək

İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) üzrə Birgə Komissiya aprelin 27-də işini bərpa edəcək.

Bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin bu gün Brüsseldə yayımlanın açıqlamasında deyilir.

Komissiyanın işinə sədrliyi Aİ-nin xarici siyasət xidmətinin direktoru Enrike Mora edəcək. “Görüşdə Çin, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya və İran nümayəndələri iştirak edəcəklər”, - məlumatda deyilir.

Tərəflər ABŞ-ın sazişə mümkün qayıdışını müzakirə etməyə davam edəcəklər.

Qeyd edək ki, aprelin 6-da Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının icrası ilə əlaqədar İranın və beynəlxalq “beşliyin” (Almaniya, Fransa, Böyük Britaniya, Çin, Rusiya) Birgə Komissiyasının 2021-ci ildəki ilk üz-üzə görüşü keçirilib. Görüşün yekununda ekspertlərdən ibarət iki işçi qrupa – ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların ləğvi məsələləri üzrə və Tehranın nüvə sferasında öhdəliklərinin yerinə yetirilməsi üzrə işçi qruplara BHFP-nin tam həyata keçirilməsini bərpa etmək üçün ABŞ və İranın görməli olduqları konkret tədbirləri müəyyənləşdirmək tapşırılıb./report

Xəbər lenti

Çox oxunanlar