Xəzər Xəbər

Ermənistanın dövlət borcu təhlükəli həddə çatıb

Dünya | 20:46 • 22 Aprel 2021
Ermənistanın dövlət borcu təhlükəli həddə çatıb

Ermənistanın dövlət borcu artaraq təhlükəli həddə çatıb. Bu gün Ermənistanın dövlət borcu istehsal olunan ümumi daxili məhsulun (ÜDM) əvvəlcədən müəyyən edilmiş 60 faiz həddini keçərək 63,5 faizə çatıb.

Bu barədə Ermənistanın maliyyə naziri Atom Cancuqazyan məlumat verib.

Onun sözlərinə görə, 2020-ci il üçün dövlət büdcəsinin kəsiri 161 milyard dram və ya ÜDM-in 2,3 faizi səviyyəsində planlaşdırılıb. Lakin keçən il dövlət büdcəsinin kəsiri 2 dəfədən çox - 334 milyard drama çataraq ÜDM-in 5,5 faizini təşkil edib.

A.Cancuqazyan vurğulayıb ki, keçən il dövlət xəzinəsinin gəlirləri 1 trilyon 560 milyard 655 milyon dram, xərcləri 1 trilyon 894 milyard 647 milyon dram, kəsiri isə 333 milyon 991 min dram təşkil edib.

Xəbər lenti