Xəzər Xəbər

Türkiyə XİN-ə yeni mətbuat katibi təyin edilib

Dünya | 19:13 • 20 Aprel 2021
Türkiyə XİN-ə yeni mətbuat katibi təyin edilib

Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Türkiyə XİN-in İnformasiya Baş İdarəsindən verilən məlumata görə, yeni mətbuat katibi Tanju Bilgiç təyin edilib.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Tanju Bilgiç 2011-2014-cü illərdə Türkiyənin Sankt-Peterburqda Baş konsulu olub. Xatırladaq ki, Türkiyə XİN-nin keçmiş sözçüsü Hami Aksoy Macarıstanın Türkiyədəki səfiri təyin edilib və aprelin 1-dən bu vəzifəsini icra edir.

Xəbər lenti