Xəzər Xəbər

Bu ölkənin prezidenti döyüşdə aldığı yaralardan vəfat edib

Dünya | 15:47 • 20 Aprel 2021
Bu ölkənin prezidenti döyüşdə aldığı yaralardan vəfat edib

Ön cəbhədə ağır yaralanan Çad Prezidenti İdris Debi aprelin 20-də xəstəxanada vəfat edib.

"France-Presse" agentliyi xəbər yayıb ki, İdris Debi ölkənin şimalında qiyamçılara qarşı hərbi əməliyyatlar zamanı orduya rəhbərlik edirdi.

“Respublika Prezidenti, dövlət başçısı, silahlı qüvvələrin ali baş komandanı İdris Debi İtno ərazi bütövlüyünü döyüş meydanında qoruyarkən həlak olub. Biz Çad marşalının vəfatını dərin kədərlə xalqa çatdırırıq”, - deyə Çad ordusunun rəsmi nümayəndəsi general Azem Bermandoa Aquna yerli telekanalın efirində bildirib.

Qeyd edək ki, İdris Debi qiyamçılarla mübarizədə qələbəni bayram etmək və silahlı qüvvələrin əməliyyatına rəhbərlik etmək üçün cəbhə xəttinə gəlib və toqquşmalar zamanı ağır yaralanaraq xəstəxanada dünyasını dəyişib. O, aprelin 11-də keçirilən seçkilərdə 79 faizdən çox səs toplayaraq altıncı müddətə Çadın Prezidenti seçilmişdi.

Xəbər lenti