Xəzər Xəbər

ABŞ Ukraynaya daha 155 milyon dollar ayırdı

Dünya | 15:09 • 20 Aprel 2021
ABŞ Ukraynaya daha 155 milyon dollar ayırdı

Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Ukraynaya daha 155 milyon dollar ayırıb.

Ukrayna Nazirlər Kabinetinin saytında yer alan xəbərə görə, ABŞ-ın maliyyə yardımı ukraynalıların həyat tərzinin yaxşılaşdırılmasına xərclənəcək. Buraya kiçik və orta biznesin inkişafı, məhkəmə sistemində aparılan islahatlar, demokratiyanın inkişafı, korrupsiyaya qarşı mübarizə, səhiyyə sisteminin inkişafı kimi istiqamətlər daxildir.

Qeyd edək ki, bundan öncə ABŞ Konqresi Ukraynada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə 150 milyon dollar ayırmışdı.

Xəbər lenti