Xəzər Xəbər

Alovla mübarizədə iki yanğınsöndürən həlak olub

Dünya | 11:10 • 17 Aprel 2021
Alovla mübarizədə iki yanğınsöndürən həlak olub

Çinin paytaxtı Pekinin cənubunda yerləşən Fentay rayonunda elektrik stansiyasında yanğının söndürülməsi zamanı iki yanğınsöndürən həlak olub, biri isə yaralanıb.

Çin mediası xəbər yayıb ki, yanğınsöndürmə xidməti yerli vaxtla cümə günü saat 12:17-də elektrik stansiyası rayonunda yanğın barədə məlumat alıb. Hadisə yerinə 47 texnika və 235 yanğınsöndürən yollanıb.

Yerli vaxtla saat 14:15-də stansiyanın şimal hissəsində güclü partlayış baş verib. Hadisə nəticəsində iki yanğınsöndürən həlak olub, biri yaralanıb, elektrik stansiyasının bir əməkdaşı isə itkin düşüb. Yanğın yerli vaxtla saat 23:40-da söndürülüb.

Xəbər lenti