Xəzər Xəbər

İran ilə Rusiya arasında yeni müqavilə imzalanıb

Dünya | 16:34 • 16 Aprel 2021
İran ilə Rusiya arasında yeni müqavilə imzalanıb

İran ilə Rusiya arasında 60 milyon doza “Sputnik V” peyvəndinin alınması haqqında müqavilə imzalanıb.

Bu barədə məlumatı İranın Rusiyadakı səfiri Kazım Cəlali jurnalistlərə deyib. O bildirib ki, müqavilə İranın Səhiyyə Nazirliyi ilə Rusiyanın İnvestisiya Fondu arasında imzalanıb. Müqaviləyə əsasən Rusiya 60 milyon doza peyvəndi may ayından başlayaraq noyabra kimi hissə-hissə İrana göndərəcək. Diplomatın sözlərinə görə İran ilə Rusiya birlikdə peyvənd istehsalı barədə də razılıq əldə ediblər.

Qeyd edək ki, İran Qərb dövlətlərindən peyvənd almaqdan imtina edərək Rusiya və Çindən peyvənd əldə etməyə üstünlük verib.

 

Xəbər lenti