Xəzər Xəbər

Çavuşoğlu: Kipr məsələsində federasiya ilə bağlı danışıqlara getməyəcəyik

Dünya | 12:17 • 15 Aprel 2021
Çavuşoğlu: Kipr məsələsində federasiya ilə bağlı danışıqlara getməyəcəyik

"Kipr məsələsində federasiya ilə bağlı masaya oturmayacağımızı bildirmişik".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

“Keçmişdə Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyə Annan planı ilə əlaqədar müzakirələr aparıblar. Bu gün federasiya ilə bağlı müzakirələr aparmaq zaman itkisindən başqa bir şey deyil. Buna nə ehtiyac var axı?”, - deyə XİN başçısı vurğulayıb.

M. Çavuşoğlu qeyd edib ki, Kipr məsələsinin iki dövlətli həll yolundan başqa bir alternativi qalmayıb./apa

Xəbər lenti