Xəzər Xəbər

Düşünürük ki, ABŞ qondarma "erməni soyqırımı"nı tanımayacaq - Çavuşoğlu

Dünya | 12:32 • 15 Aprel 2021
Düşünürük ki, ABŞ qondarma "erməni soyqırımı"nı tanımayacaq - Çavuşoğlu

“ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərər alarsa belə bir qərar (qondaram erməni soyqırımını nəzərdə tutur-red.) verməz”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində söyləyib.

ABŞ prezidenti Cozef Baydenin qondarma erməni soyqrımını tanıyıb-tanımayacağı ehtimalı ilə bağlı sualı cavablandıran XİN başçısı deyib: “Əvvəllər ABŞ prezidentləri bu iddiada olublar. ABŞ kimi bir ölkə başqa ölkələrə bir çox xatırlatmalar edir. Ancaq ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alarsa, belə bir qərar verməz. Aprelin 24-də ABŞ-ın belə bir ifadə işlədəcəyini düşünmürük. Ən pis ehtimal - tutaq ki qəbul etdi. Bir siyasətçi belə bir ifadə işlətdiyi üçün vəziyyət qəbul edilmir. BMT bununla bağlı 1948-ci ildə açıq-aşkar qərarını verib”.

Qeyd edək ki, ABŞ əvvəlki prezidentləri 1915-ci ilin aprel hadisələri barədə danışanda soyqrım ifadəsi işlətməyiblər. Keçmiş prezidenti Donald Tramp bu tarixdə baş verənləri “böyük fəlakət” adlandırıb.

Xəbər lenti