Xəzər Xəbər

Baydendən Ramazan təbriki: Nur surəsindən paylaşım etdi

Dünya | 12:12 • 13 Aprel 2021
Baydendən Ramazan təbriki: Nur surəsindən paylaşım etdi
ABŞ prezidenti Con Bayden Ramazan ayının başlanması ilə bağlı yazılı açıqlama yayıb.
 
XəzərXəbər xəbər verir ki, Bayden bütün dünyadakı müsəlmanların hüquqlarını qorumağa davam edəcəyini bildirib. "Müsəlmanlar hələ də nifrətin, qərəzin, təəssübkeşliyin hədəfi olurlar. Bunlar qəbuledilməzdir və dayandırmaq lazımdır”, - deyən Ağ Ev sahibinin həmçinin Qurani-Kərim kitabından da paylaşımı olub. Belə ki, prezident Nur surəsindən 35-ci ayəni ( "Allah göylərin və yerin nurudur”) paylaşıb. 
 
O həmçinin prezidentlik fəaliyyətinə başladığı ilk gün bəzi müsəlman ölkələrinə tətbiq edilən səyahət qadağalarını aradan qaldırdığını da xatırladıb. Bayden son olaraq deyib ki, bu il Ramazan bayramı pandemiya ilə əlaqədar Ağ Evdə onlayn formada qeyd ediləcək.
 
Ölkə başçısı həyat yoldaşı Cil və öz adından müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib./sfera.az

Xəbər lenti