Xəzər Xəbər

Dünyanın ən güclü ordularından birinə xanım rəhbərlik edə bilər

Dünya | 11:03 • 13 Aprel 2021
Dünyanın ən güclü ordularından birinə xanım rəhbərlik edə bilər

ABŞ Prezidenti Co Bayden Kristin Uormutu ABŞ-ın Müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın rəhbərliyi dövründə K.Uormut Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

O, həmçinin, Ağ Evin Milli Təhlükəsizlik Şurasında da işləyib.

Bundan əvvəl K.Uormut Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisi olub.

Xəbər lenti