Xəzər Xəbər

Kral Salmandan qəribə qərar - Namaz sayını 2 dəfəyədək azaltdı

Dünya | 17:08 • 12 Aprel 2021
Kral Salmandan qəribə qərar - Namaz sayını 2 dəfəyədək azaltdı

Kral Salman Ramazan müddətində namaz sayını iki dəfəyədək azaldıb.

XəzərXəbər sfera.az-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanında Ramazan öncəsi İki Müqəddəs Məscid İşlərinin rəhbəri Şeyx Əbdürəhman Əl-Sudeys tərəfindən təravih namazı ilə əlaqədar açıqlama verilib.

Əl-Sudeys Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin Ramazan ayı müddətində yeni növ koronavirus səbəbilə təravih namazlarının Məscidül-Həram və Məscidül-Nəbəvidə 20 rükət yerinə 10 rükət şəklində qılınmasını barədə qərar verdiyini açıqlayıb.

O, verilən qərardan sonra iki müqəddəs məsciddə qılınacaq təravih namazların ehtiyat tədbirləri və qoruyucu protokollara uyğun şəkildə icra ediləcəyini bildirib.

Xəbər lenti