Xəzər Xəbər

Gürcüstanda Britaniya ştammının yayılması 50-60 % təşkil edir

Dünya | 15:36 • 12 Aprel 2021
Gürcüstanda Britaniya ştammının yayılması 50-60 % təşkil edir

“Gürcüstanda koronavirusa yoluxma hallarının 50-60 faizində Britaniya ştammı aşkarlanıb”.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun müavini Paata İmadzenin sözlərinə görə, Britaniya ştammını virusun mutasiya etmiş digər növlərindən fərqləndirən cəhət insandan insana daha tez ötürülməsidir.

İnfeksionist qeyd edib ki, Gürcüstanda digər ştammlara yoluxma faktı təsdiqlənməyib./report

 

Xəbər lenti