Xəzər Xəbər

Hindistan yoluxmalarının sayına görə Braziliyanı geridə qoydu

Dünya | 13:56 • 12 Aprel 2021
Hindistan yoluxmalarının sayına görə Braziliyanı geridə qoydu

Hindistan koronavirusa yoluxmaların sayına görə dünya üzrə ikinci yeri tutub.

Bu barədə “The Times of India” qəzeti Hindistan Səhiyyə Nazirliyinin məlumatlarına istinadən yazır.

Son 24 saat ərzində ölkədə rekord sayda – 168 912 koronavirusa yoluxma faktı qeydə alınıb, 904 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə, Hindistanda pandemiya başlayandan bəri 13 527 717 nəfərdə koronavirus aşkar edilib.

Bundən əvvəl COVID-19-a yoluxmaların sayında Braziliya (13,45 milyon nəfər) ikinci yerdə qərarlaşmışdı. Birinci yeri hələ ki ABŞ tutur (ümumi 31 197 511 yoluxma)./report

Xəbər lenti