Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb

Dünya | 92 | 22:16 • 11 Aprel 2021
Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb

Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb. Hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib. Baş epidemioloq cəmiyyəti tətbiq olunan qaydalara riayət etməyə çağırıb.

Qeyd edək ki, son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb. Onların da 277 min 303-ü müalicə olunub. Koronavirusdan son sutka ərzində 8 nəfər dünyasını dəyişib.

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
380 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
950 | 17:16 • 19 Aprel 2021