Xəzər Xəbər

Boris Conson şahzadə Filipin dəfnində iştirak etməyəcək

Dünya | 13:14 • 11 Aprel 2021
Boris Conson şahzadə Filipin dəfnində iştirak etməyəcək

Britaniyanın Baş naziri Boris Conson kütləvi yığıncaqlara qoyulan koronavirus məhdudiyyətləri səbəbindən şahzadə Filipin dəfn mərasiminə qatılmayacaq.

BBC xəbər yayıb ki, bu barədə məlumatı Baş nazirin ofisi yayıb. Məlumatda bildirilir ki, Consonun qərarı dəfndə kral ailəsinin daha çox üzvünün iştirakına imkan yaratmaqla bağlıdır.

Vindzor qəsrindəki Georgiya qülləsində təşkil olunacaq dəfn mərasimində yalnız 30 nəfər - şahzadə Filipin övladları, nəvələri və digər yaxın qohumları iştirak edə bilərlər. İctimaiyyətdən dəfnin keçirildiyi əraziyə yaxınlaşmamaq xahiş olunub.

Xatırladaq ki, Edinbur hersoqu şahzadə Filip aprelin 9-da ömrünün 100-cü ilində vəfat edib. Mərhum şahzadənin aprelin 17-də dəfn olunacağı bildirilir.

Xəbər lenti