Xəzər Xəbər

Gürcüstanda COVID-19-dan daha 8 nəfər ölüb

Dünya | 11:03 • 11 Aprel 2021
Gürcüstanda COVID-19-dan daha 8 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  707 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  288 396 nəfərə, ölənlərin sayı isə 3 877 nəfərə çatıb. Virusa yoluxanlardan 277 303 nəfərin sağaldığı bildirilir.

Xəbər lenti