Xəzər Xəbər

İranın Nətanz nüvə mərkəzində qəza baş verib

Dünya | 10:34 • 11 Aprel 2021
İranın Nətanz nüvə mərkəzində qəza baş verib

Bu gün səhər saatlarında İranın Nətanz Atom Elektrik Stansiyasında qəza olub.

İranın Atom Enerjisi üzrə Dövlət Agentliyinin nümayəndəsi Bəhruz Kəmalvəndinin açıqlama verib ki, qəza elektrik şəbəkəsində baş verən qısaqapanma nəticəsində baş verib.

Mühafizəçilərin müdaxiləsi ilə meydana çıxan yanğın söndürülüb. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Nətanzda bir neçə dəfə qəza baş verib. Hətta ötən il bu stansiyada terror aksiyasına cəhd də olub. Lakin İranın xüsusi xidmət orqanları aksiyanın qarşısını alıblar.

Xəbər lenti