Xəzər Xəbər

Türkiyə ilə Ukrayna birgə təyyarə istehsal edəcək

Dünya | 09:17 • 11 Aprel 2021
Türkiyə ilə Ukrayna birgə təyyarə istehsal edəcək

“Türkiyə ilə Ukrayna 2023-cü ilə qədər prioritet investisiya layihəsi siyahısını təsdiqlədi. Bura infrastruktur, hava limanı və nəqliyyat kimi hərtərəfli layihələr daxildir”. 

Bu fikirləri Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib. 

V.Zelenski deyib ki, Türkiyə ilə Ukrayna arasında Azad Ticarət Sazişinin imzalanması ikitərəfli ticarəti liberallaşdırmaqla mümkün olacaq.

Enerji sahəsində əməkdaşlığa dair hər iki ölkənin razılığa gəlindiyini qeyd edən Ukrayna Prezidenti Türkiyə ilə ortaq təyyarə istehsal ediləcəyini də qeyd edib: “Müdafiə sənayesi strateji tərəfdaşlığımızın hərəkətverici qüvvəsidir. Təyyarə istehsalındakı əməkdaşlığımızı da müzakirə etdik, sözügedən sahə hər iki ölkə üçün vacibdir”.

Xəbər lenti