Xəzər Xəbər

İndoneziyada güclü zəlzələ: 8 nəfər həlak olub

Dünya | 09:29 • 11 Aprel 2021
İndoneziyada güclü zəlzələ: 8 nəfər həlak olub

Aprelin 10-da İndoneziyanın Yava adası yaxınlığında baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 8 nəfərə çatıb.

İndoneziya KİV-ləri xəbər verir ki, daha 23 nəfər xəsarət alıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanlar şənbə günü yerli vaxtla saat 14:00-da qeydə alınıb. Zəlzələnin episentri Yava adası sahillərində, Malanq şəhərindən 45 kilometr cənub-qərbdə, ocağı isə 82 kilometr dərinlikdə yerləşib. Sunami xəbərdarlığı elan edilməyib.

İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına əsasən, Yava adasında yerləşən 300-dən çox tikiliyə ziyan dəyib. Eyni zamanda, adada yerləşən bir neçə kəndin əhalisi təxliyə olunub.

Xəbər lenti