Xəzər Xəbər

Türkiyə PUA-ları Almaniya ordusunu tədbir görməyə məcbur edib

Dünya | 17:26 • 8 Aprel 2021
Türkiyə PUA-ları Almaniya ordusunu tədbir görməyə məcbur edib

Almaniyanın "Frankfurt Allgemeine Zeitung" qəzeti Azərbaycanın istifadə etdiyi Türk PUA-larının 190-dan çox erməni tankını və zirehli maşınını məhv etməsinin Almaniya ordusunda şoka səbəb olduğunu yazıb.

Xezerxeber.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, qəzetdə dərc olunan məqalədə Türk PUA-larının Azərbaycandakı uğurlarının Alman ordusunu tədbir görməyə məcbur etdiyi bildirilir. Müdafiə Nazirliyinin Almaniya ordusunun hava müdafiə sisteminin PUA-ların qarşısını almaq baxımından yetərsiz olduğunu qəbul etdiyi vurğulanır. Qeyd edilir ki, müdafiə naziri Annegret Kramp Karrenbauer bu problemi aradan qaldırmaq məqsədilə hava müdafiə sistemini yenidən qurmaq üçün bir sıra təkliflər hazırlayıb.

Almaniyanın hava müdafiə sisteminə ehtiyac görmədiyi üçün 2013-cü ildən bəri heç bir modernəşdirmə aparmadığı bildirilən məqalədə deyilir: “İndi PUA hücumlarının təhdidi səbəbindən hava müdafiə sisteminin təcili dəyişdirilməsinə ehtiyac var. Silahlı qüvvələr mükəmməl vəziyyətdə deyil. Amma Alman ordusunun PUA hücumlarına qarşı haradasa müdafiəsiz olduğunun qəbul edilməsi sürpriz oldu”.

Yazıda, həmçinin bildirilir ki, İsrail və Türkiyə istehsalı olan Azərbaycan PUA-ları 190-dan çox erməni tankını və zirehli maşınını məhv etdi. Hücumlar qarşısında müdafiəsiz qalan erməni əsgərləri qoxuya düşdü. Bununla bağlı xəbərlər Alman ordusunda şok yaratmışdı.

Məqalədə o da qeyd olunur ki, indi Almaniya Müdafiə Nazirliyinin 13 milyard avrodan yuxarı dəyərə malik hava müdafiə sistemi üçün planları var.

Xəbər lenti