Xəzər Xəbər

Rusiya ABŞ-la münasibətlərdə ən pis ssenariyə hazırdır

Dünya | 14:42 • 8 Aprel 2021
Rusiya ABŞ-la münasibətlərdə ən pis ssenariyə hazırdır

"Moskva ABŞ-la münasibətlərin inkişafının ən pis ssenarisinə hazırdır".

“RİA Novosti”ndə yer alan xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı diplomatların deportasiyası ehtimalını şərh edərkən deyib.

O bildirib ki, ABŞ-ın hərəkətləri Rusiyanı pis ssenarilərə hazır olmağa vadar edir.

Xatırladaq ki, bir müddət əvvəl “Bloomberg” ABŞ prezidenti Cozef Bayden administrasiyasının Rusiyanı günahlandırdığı haker hücumlarına və Kremlin ştatlarda keçirilən seçkilərə iddia edilən müdaxiləsinə cavab olaraq rusiyalı diplomatları deportasiya etmək və yeni sanksiyalar qoymaq ehtimalını nəzərdən keçirdiyini bildirmişdi. Rusiya tərəfi isə dəfələrlə bu ittihamları əsassız adlandıraraq rədd edib.

Xəbər lenti