Xəzər Xəbər

Kim Çen In ölkəsindəki çətin vəziyyəti etiraf etdi

Dünya | 14:24 • 8 Aprel 2021
Kim Çen In ölkəsindəki çətin vəziyyəti etiraf etdi

Şimali Koreya lideri Kim Çen In ölkəsindəki mövcud vəziyyətin hər zamankındən daha pis olduğunu etiraf edib.

"Misilsiz bir çox sınaqdan keçməli olduğumuz bütün bu zamanların ən çətin vəziyyətində belə insanların yaşayış şəraitinin yaxşılaşdırılması partiyanın hüceyrələrinə, təməl təşkilatlarına bağlıdır", - deyə o bildirib.

XəzərXəbər oxu.az-a istinadən bildirir ki, bundan əlavə, o partiya üzvlərini yanvar ayında partiyanın qurultayında alınan qərarları həyata keçirməyə çağırıb.

Mütəxəssislərin fikrincə, Kim Çen In pandemiyanın ölkə iqtisadiyyatına təsiri, ABŞ tərəfindən tətbiq olunan sanksiyalar, Şimali Koreyanın təcrid olunması, koronavirus infeksiyası səbəbiylə həyatının, habelə on ilə yaxın hakimiyyət dövrünün bəlkə də ən çətin anını yaşayır.

Xəbər lenti