Xəzər Xəbər

Ukrayna Prezidenti Donbassa getdi

Dünya | 13:26 • 8 Aprel 2021
Ukrayna Prezidenti Donbassa getdi

Ukrayna Prezidenti Vladimir Zelenski Donbassa səfər edib.

Səfər zamanı Ukrayna Prezidenti cəbhə bölgəsində mövqeləri ziyarət edəcək və təmas xəttində vəziyyətin gərginləşməsi fonunda hərbçilərlə görüşəcək.

Xatırladaq ki, son günlər Ukraynanın şərqində vəziyyət gərginləşib. Ukrayna Müdafiə Nazirliyi separatçıların atəşkəsi pozması nəticəsində iki ukraynalı hərbçinin həlak olduğunu açıqlayıb./apa

Xəbər lenti